QR CodeQR Code

"Boeing 787 Dreamliner" təyyarələrində problemlər aşkarlanıb

13 Jul 2021 08:51

İslamTimes: ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) istifadəyə verilməmiş bir sıra "Boeing 787 Dreamliner" təyyarəsində problemlər aşkarlayıb.


ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) istifadəyə verilməmiş bir sıra "Boeing 787 Dreamliner" təyyarəsində problemlər aşkarlayıb. İstehsalçı şirkət təyyarələri təhvil verməmiş onları aradan qaldırılacağını açıqlayıb.

"APA-Economics" "Reuters"ə istinadən xəbər verir ki, FAA-nın apardığı müntəzəm yoxlamalar zamanı bəzi "Boeing 787 Dreamliner" təyyarələrinin "burun" hissəsində qüsurların olduğu aşkarlanıb.

Əldə olunan məlumatlara əsasən, FAA kommersiya istifadəsində olan "Boeing 787" modellərinin modifikasiyasının dəyişdirib-dəyişdirilməyəcəyi müəyyənləşdirəcək.


Story Code: 943160

News Link :
https://www.islamtimes.org/az/news/943160/boeing-787-dreamliner-təyyarələrində-problemlər-aşkarlanıb

Islam Times
  https://www.islamtimes.org