QR CodeQR Code

Fransa və Almaniya ABŞ-ın təşkil etdiyi mərasimi boykot etdi

إسلام تايمز , 13 Jul 2021 21:37

İslamTimes: Fransa və Almaniya ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyində keçirilən mərasimini boykot edib


ABŞ-ın işğal olunmuş Qüdsdəki səfirliyi bu ölkənin Müstəqillik Günü münasibəti ilə bir mərasim təşkil edib. Mərasimə müxtəlif ölkələrin rəsmiləri dəvət olunub.

Jerusalem Post qəzetinin yazdığına görə, Almaniya və Fransanın işğal olunmuş Fələstindəki səfirləri mərasimə dəvət olunmalarına baxmayaraq bu tədbirdə iştirak etməkdən imtina ediblər.

Məlumata görə, Almaniya və Fransa kimi mühüm Avropa ölkələrinin diplomatlarının mərasimə qatılmamasının səbəbi ABŞ səfirliyinin Təl-Əvivdən işğal olunmuş Qüdsə köçürülməsidir. Berlin və Paris Vaşinqtondan fərqli olaraq Qüds şəhərini Sionist rejimin paytaxtı kimi qəbul etmirlər.


Story Code: 943282

News Link :
https://www.islamtimes.org/az/news/943282/fransa-və-almaniya-abş-ın-təşkil-etdiyi-mərasimi-boykot-etdi

Islam Times
  https://www.islamtimes.org