QR CodeQR Code

Mahmud Abbas Sionist rejim başçısı ilə danışıb

إسلام تايمز , 14 Jul 2021 23:50

İslamTimes: Sionist rejim televiziya kanalı Fələstin Muxtariyyətinin rəhbərinin yaxın zamanda işğalçı İsrailin prezidenti ilə görüşəcəyini bildirib.


Sionist mənbələr Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın işğalçı İsrail prezidenti İsak Herzoqla əlaqə saxladığını bildirib.

Sionist rejimin Kanal 13 şəbəkəsinin məlumatına görə, Mahmud Abbas telefon bağlantısı zamanı Herzoqa onu işalı İsrail rejiminin prezidenti seçildiyi münasibətilə təbrik edib və bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə münasibətlərin bərpasını nəzərdən keçirmək istəyir.

İddiaya görə işğalçı İsrail lideri ilə Fələstin Muxtariyyəti rəhbəri arasında Ramallahda yaxın günlərdə görüş keçirilə bilər.

Qeyd edək ki, Herzoq da bu telefon bağlantısı haqda sosial şəbəkə hesabında yazaraq, münasibətlərin normallaşdırılması üçün danışıqlar keçirilməsini istədiyini bildirib.


Story Code: 943470

News Link :
https://www.islamtimes.org/az/news/943470/mahmud-abbas-sionist-rejim-başçısı-ilə-danışıb

Islam Times
  https://www.islamtimes.org