QR CodeQR Code

İşğalçı İsrail İranı günahlandırdı

31 Jul 2021 15:00

İslamTimes: İşğalçı İsrailin xarici işlər naziri iki gün öncə Oman dənizində gəmiyə hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib.


SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, xarici işlər naziri Yair Lapid bunu britaniyalı həmkarı ilə telefon danışığında deyib.

Y.Lapid iddia edib ki, “İranın rəftarı beynəlxalq dəniz nəqliyyatını təhdid edir.”

Qeyd edək ki, işğalçı İsrailin xarici işlər naziri bu iddiasına heç bir sübut gətirməyib. İran tərəfi də buna rəsmən mövqe bildirməyib.

Xatırladaq ki, iki gün öncə Oman dənizində işğalçı İsrail şirkətinə aid gəmiyə hücum nəticəsində biri britaniyalı və biri rumuniyalı olmaqla iki nəfər ölüb. Məlumata görə gəmi israilli iş adamı Eyal Oferin rəhbərlik etdiyi şirkətə məxsusdur.


Story Code: 946082

News Link :
https://www.islamtimes.org/az/news/946082/işğalçı-israil-iranı-günahlandırdı

Islam Times
  https://www.islamtimes.org