QR CodeQR Code

Əsaib Əhl Əl-Həqq: ABŞ-la danışıqların nəticəsi yalandır!

إسلام تايمز , 31 Jul 2021 21:58

İslamTimes: Səd əl-Sədi deyib: "ABŞ-la hər hansı bir sazişdən danışmaq doğru deyil."


İraqın Əsaib Əhl Əl-Həqq hərəkatının siyasi qanadının üzvü Səd əl-Sədi deyib: "ABŞ-la hər hansı bir sazişdən danışmaq doğru deyil. ABŞ-İraq strateji danışıqlarının dördüncü turunun nəticələri ABŞ hökumətinin Mustafa əl-Kazimi hökumətinə diktələrindən ibarət idi. Müqavimət qrupları isə yalan və saxta vədlərdən ibarət bu danışıqların nəticələrini tanımır!"

Bundan öncə İraqdakı "Əsaib Əhl Əl-Həqq" hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli ABŞ qoşunlarının İraq çıxarılması prosesinə uyğun olaraq ABŞ-ın İraqdakı hava bazalarının sökülməsini istəmişdi.

İraqın Baş naziri Mustafa əl-Kazimi Ağ Evdə ABŞ Prezidenti Co Bayden ilə görüşdə 31 dekabr 2021-ci ildə ABŞ-ın hərbi əməliyyatlar üçün İraqda saxlanılan  qoşunlarının çıxarılmasının zəruriliyi ilə bağlı birgə bəyanat verib.


Story Code: 946172

News Link :
https://www.islamtimes.org/az/news/946172/əsaib-əhl-əl-həqq-abş-la-danışıqların-nəticəsi-yalandır

Islam Times
  https://www.islamtimes.org