0
Saturday 31 July 2021 - 21:58

Əsaib Əhl Əl-Həqq: ABŞ-la danışıqların nəticəsi yalandır!

Story Code : 946172
Əsaib Əhl Əl-Həqq: ABŞ-la danışıqların nəticəsi yalandır!
İraqın Əsaib Əhl Əl-Həqq hərəkatının siyasi qanadının üzvü Səd əl-Sədi deyib: "ABŞ-la hər hansı bir sazişdən danışmaq doğru deyil. ABŞ-İraq strateji danışıqlarının dördüncü turunun nəticələri ABŞ hökumətinin Mustafa əl-Kazimi hökumətinə diktələrindən ibarət idi. Müqavimət qrupları isə yalan və saxta vədlərdən ibarət bu danışıqların nəticələrini tanımır!"

Bundan öncə İraqdakı "Əsaib Əhl Əl-Həqq" hərəkatının baş katibi Şeyx Qeys əl-Xəzəli ABŞ qoşunlarının İraq çıxarılması prosesinə uyğun olaraq ABŞ-ın İraqdakı hava bazalarının sökülməsini istəmişdi.

İraqın Baş naziri Mustafa əl-Kazimi Ağ Evdə ABŞ Prezidenti Co Bayden ilə görüşdə 31 dekabr 2021-ci ildə ABŞ-ın hərbi əməliyyatlar üçün İraqda saxlanılan  qoşunlarının çıxarılmasının zəruriliyi ilə bağlı birgə bəyanat verib.