QR CodeQR Code

"Hizbullahın nöqtəvuran raketləri savaşın taleyini təyin edəcək"

إسلام تايمز , 1 Aug 2021 20:37

İslamTimes: Sionist analitik Hizbullah Müqavimət Hərəkatının yüksək dəqiqliyə malik, nöqtəvuran raketlərinin ehtimal edilən savaşın taleyini təyin edəcəyini bildirib


"Maariv" qəzetinin hərbi məsələlər üzrə analitiki Tal-Liv Ram Livan Hizbullahının raket sənayesinin gücündən söz açdığı bir məqalədə yazıb ki, Tel-Əvivin bütün səylərinə baxmayaraq, Hizbullahın bu zəmində inkişafı tam sürətlə davam edir.

Məqalədə bildirilir ki, Sionist rejimin Suriyadakı hərbi fəaliyyətləri, vaxtaşırı hücumları, Livandakı siyasi və iqtisadi böhran, eləcə də İrandakı iqtisadi problemlər Hizbullahın raket sənayesinin inkişafının qarşısını almağa yetərli olmayıb. Bu məsələ İsrailin siyasi və təhlükəsizlik məmurlarını çətin vəziyyətdə qoyub. Onlar növbəti illərdə bu təhlükə ilə necə mübarizə aparılacağına görə narahatdırlar.


Story Code: 946279

News Link :
https://www.islamtimes.org/az/news/946279/hizbullahın-nöqtəvuran-raketləri-savaşın-taleyini-təyin-edəcək

Islam Times
  https://www.islamtimes.org