QR CodeQR Code

Rusiya Estoniya diplomatik nümayəndəliyinin əməkdaşını ölkədən qovur

3 Aug 2021 15:58

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi Estoniya diplomatik missiyasının əməkdaşını qarşılıqlı prinsip əsasında persona non qrata elan edib.


SalamNews-un RT-yə istinadən  verdiyi xəbərə görə, bu iyulun 15-də Estoniya Xarici İşlər Nazirliyi rus diplomatı ölkədən çıxarmasından sonra baş verib.

Moskva Tallini dayanmağa və həddindən artıq gərginləşən münasibətləri daha da mürəkkəbləşdirməməyə çağırıb.

Rusiya XİN xatırladıb ki, iyulun 7-də Estoniyanın Sankt-Peterburqdakı konsulu Mart Lyatte "casusluq əməliyyatı zamanı cinayət başında tutulduğu" üçün persona non-qrata elan edilmişdi.

"Estoniyaya bu epizod ətrafında vəziyyətin Tallin tərəfindən daha da gərginləşməsinin qaçılmaz cavab addımlarına səbəb olacağı barədə xəbərdarlıq edilmişdir", XİN-nin açıqlamasında deyilir.

Estoniyanın Rusiyadakı səfiri Marqus Laydre nazirliyə çağırılaraq ona kəskin şəkildə etiraz bildirilib və nota təqdim olunub.


Story Code: 946624

News Link :
https://www.islamtimes.org/az/news/946624/rusiya-estoniya-diplomatik-nümayəndəliyinin-əməkdaşını-ölkədən-qovur

Islam Times
  https://www.islamtimes.org