QR CodeQR Code

Bakıda İsrail rejiminə etiraz aksiyası keçirilib

faktbexer , 26 Aug 2011 12:15

İslamtimes - Aksiya iştirakçıları, “İsrail məhv olsun, Qarabağ azad olsun”, “İsrail məhv olsun, məhbuslar azad olsun” şüarları səsləndiriblər.


FaktXeber.com-un verdiyi məlumata görə, bu gün bir qrup fəal dindar "Beynəlxalq Qüds günü" münasibətilə İsrail rejiminin Azərbaycandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirib. İsrail rejiminin yarandığı gündən olaraq zülm və terrorlarına etiraz edən dindarlar, bu etiraz aksiyası ilə dünya müsəlmanlarına həmrəyliklərini bildirmək və beynəlxalq terrora etiraz əlaməti olaraq etiraz ediblər.


Sayları 40-a yaxın olan aksiya iştirakçıları, “İsrail məhv olsun, Qarabağ azad olsun”, “İsrail məhv olsun, məhbuslar azad olsun” şüarları səsləndiriblər.


Polis aksiya iştirakçılarından 30-dan çoxunu polis bölməsinə aparıb. Həbs olunanlar içərisində qadınlar da var. Polis əməkdaşları Faktxeber.com-un müxbirlərini 27-ci polis bölməsinə apararaq lentə aldıqları kadrları pozublar. Bölməyə aparılanlardan yalnız FaktXeber.com-un əməkdaşları buraxılıb. Hazırda bütün həbs olunanlar 26 və 27-ci polis bölməsində saxlanılır.


Story Code: 94667

News Link :
https://www.islamtimes.org/az/news/94667/bakıda-israil-rejiminə-etiraz-aksiyası-keçirilib

Islam Times
  https://www.islamtimes.org