QR CodeQR Code

BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı toplantı keçirir

5 Aug 2021 15:44

İslamTimes: BMT-nin Təhlükəsizlik Şurası Əfqanıstanda gedən qarşıdurmalarla bağlı sabah təcili toplantı keçirir.


SalamNews bu barədə BBC-ə istinadla məlumat verir.

Bildirilib ki, Əfqanıstan Hökuməti BMT-nin bu toplantısından ölkədə Talibanın hücumları ilə bağlı ciddi qərarların veriləcəyinə ümidvardır.

Qeyd edək ki, Taliban son 4 ayda, yəni əcnəbi qüvvələrin ölkədən çıxması fonunda yüzdən çox rayonu nəzarətə götürüb. Hərəkat hətta Əfqanıstanın qonşu ölkələrlə sərhədlərinin 80-90 faizini də nəzarətə götürə bilib. Hazırda ölkədə Leşkərgah və Hərat kimi şəhərlər də hərəkat silahlılarının şiddətli hücumlarına müqavimət göstərir.


Story Code: 946884

News Link :
https://www.islamtimes.org/az/news/946884/bmt-təhlükəsizlik-şurası-əfqanıstanla-bağlı-toplantı-keçirir

Islam Times
  https://www.islamtimes.org