QR CodeQR Code

ÜST: Uğurlarımız məhv edilir, dünya təhlükədədir!

7 Aug 2021 09:11

İslamTimes: Peyvəndlənmə sahəsində əldə edilən ciddi uğurlara baxmayaraq, hazırda dünya böyük təhlükə ilə qarşı-qarşıyadır.


Axar.az xəbər verir ki, bu sözləri ÜST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

“Peyvəndin rekord müddətdə hazırlanmasına görə böyük irəliləyiş əldə etdik. Amma indi dünya əsl təhlükə ilə üzləşib. Daha əvvəl əldə etdiyimiz uğurların bir çoxu məhv edilir”, - deyə ÜST rəhbəri bildirib.

O əlavə edib ki, insanların sosial məsafəyə diqqət etməməsi, səhiyyə sistemlərinin düzgün çalışmaması, peyvəndlərin bərabər paylanmaması səbəbindən koronavirusa yoluxmada artım qeydə alınmaqdadır.


Story Code: 947178

News Link :
https://www.islamtimes.org/az/news/947178/üst-uğurlarımız-məhv-edilir-dünya-təhlükədədir

Islam Times
  https://www.islamtimes.org