QR CodeQR Code

Fransada sanitar pasportlara qarşı aksiyalarda 230 mindən çox insan iştirak edib

8 Aug 2021 08:31

İslamTimes: Fransada sanitar pasportların tətbiqinə qarşı təşkil olunmuş nümayişlərdə ümumilikdə 230 mindən çox etirazçı iştirak edib, təkcə Parisdə bu cür aksiyalara 17 mindən çox iştirakçı qatılıb.


APA xəbər verir ki, bu barədə “BFMTV” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Parisdə və Fransanın digər şəhərlərində keçirilən sanitar pasportlara qarşı keçirilən nümayişlərdə 237 min adam iştirak edib.

Paytaxtda təxminən 17 min insanın iştirak etdiyi genişmiqyaslı nümayiş sakit və çoxsaylı polis əməkdaşlarının nəzarəti altında keçib. Bu cür məhdudlaşdırıcı tədbir əleyhdarlarının yürüş marşrutunun son nöqtəsi Şatle meydanı olub.

Qeyd edək ki, iyulun 12-də Fransa prezidenti Emmanuel Makron COVID-19-un yayılmasının qarşısını almaq üçün bir sıra yeni məhdudlaşdırıcı tədbirlərə başlanılması barədə göstəriş verib. Barlarda, restoranlarda, uzun məsafəli qatarlarda və təyyarələrdə COVID-19-la bağlı peyvənd olunma və ya mənfi test nəticəsi göstərən sanitar pasportlardan istifadə təcrübəsi genişləndirilib.


Story Code: 947345

News Link :
https://www.islamtimes.org/az/news/947345/fransada-sanitar-pasportlara-qarşı-aksiyalarda-230-mindən-çox-insan-iştirak-edib

Islam Times
  https://www.islamtimes.org