QR CodeQR Code

"Blumberq": Ucuz qaz dövrü bitdi, bahalı enerji gəlir

8 Aug 2021 18:31

İslamTimes: Ucuz təbii qaz dövrü bitdi. Onu qlobal iqtisadiyyatda dalğalanmaya səbəb olacaq bahalı enerji növü əvəz etmişdir.


Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb.

Agentliyin analitikləri bildirib ki, son 10 ildə elektrik enerjisinin hasilatı və evlərin isidilməsi üçün lazımi həcmdə təbii qaz çatışmayıb. Buna baxmayaraq, ABŞ-dan Avstraliyaya qaz ixracının artması fonunda belə qazın maya dəyəri çox aşağı idi.

Hesabatda deyilir ki, Avropada qaz tarifləri bu həftə rekord həddə çatıb.

“Eyni zamanda qaz tədarükünə qoyulan investisiyalar investorların və iqlimin qeydinə qalan hökumətlərin tələblərinə əsasən azalır. Görünən odur ki, bahalı enerji heç yerə gedən deyil”, - deyə analitiklər qeyd edib.


Story Code: 947422

News Link :
https://www.islamtimes.org/az/news/947422/blumberq-ucuz-qaz-dövrü-bitdi-bahalı-enerji-gəlir

Islam Times
  https://www.islamtimes.org