QR CodeQR Code

Rusiya qırıcısı ABŞ üçün kabusa çevrilir!

10 Aug 2021 08:58

İslamTimes: Rusiyanın beşinci nəsil Su-75 qırıcısı (Çekmeyt) səmada və geosiyasi arenada ABŞ-la rəqabətə davam gətirəcək.


Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

“Çekmeyt” görünməzlik texnologiyası sayəsində dünyanın ikinci təkmotorlu qırıcısı ola bilər. Rus qırıcısının tək rəqibi ABŞ F-35-ləri sayılır. Rusiya Su-75-ləri ABŞ-la əməkdaşlıq edən BƏƏ, Argentina, Hindistan, Vyetnam kimi ölkələrdə də tanıtmağı hədəfləyir. Göründüyü kimi, ABŞ-ın strateji təsir dairəsinə meydan oxumağı hədəfləyir”, - deyə bildirilib.

Rus ekspertlərin fikrincə, qiyməti təxminən 30 milyon dollar civarında olacaq Su-75 120 milyon dollarlıq F-35-dən daha münasibdir və ölkələrin diqqətini çəkməyi bacaracaq.

Qeyd edək ki, Su-75-in ilk uçuşunun 2023-cü ildə keçirilməsi planlaşdırılır.


Story Code: 947712

News Link :
https://www.islamtimes.org/az/news/947712/rusiya-qırıcısı-abş-üçün-kabusa-çevrilir

Islam Times
  https://www.islamtimes.org