0
Tuesday 10 August 2021 - 08:58

Rusiya qırıcısı ABŞ üçün kabusa çevrilir!

Story Code : 947712
Rusiya qırıcısı ABŞ üçün kabusa çevrilir!
Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

“Çekmeyt” görünməzlik texnologiyası sayəsində dünyanın ikinci təkmotorlu qırıcısı ola bilər. Rus qırıcısının tək rəqibi ABŞ F-35-ləri sayılır. Rusiya Su-75-ləri ABŞ-la əməkdaşlıq edən BƏƏ, Argentina, Hindistan, Vyetnam kimi ölkələrdə də tanıtmağı hədəfləyir. Göründüyü kimi, ABŞ-ın strateji təsir dairəsinə meydan oxumağı hədəfləyir”, - deyə bildirilib.

Rus ekspertlərin fikrincə, qiyməti təxminən 30 milyon dollar civarında olacaq Su-75 120 milyon dollarlıq F-35-dən daha münasibdir və ölkələrin diqqətini çəkməyi bacaracaq.

Qeyd edək ki, Su-75-in ilk uçuşunun 2023-cü ildə keçirilməsi planlaşdırılır.