QR CodeQR Code

KİV: Əfqanıstan prezidenti ölkəni tərk etməyə hazırlaşır

14 Aug 2021 10:34

İslamTimes: Əfqanıstan prezidenti Əşrəf Qani daxili siyasi vəziyyətin gərginləşməsi ilə əlaqədar tezliklə sakinlərə müraciət edə və ölkəni tərk edə bilər.


APA xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın müxbirinin qeyd etdiyinə görə, “Qaninin axşam saatlarında müraciət edəcəyi və hər an ölkəni tərk edə biləcəyi gözlənilir”. Məlumat Əfqanıstan rəsmiləri tərəfindən nə təsdiq, nə də inkar olunub.

Qeyd edək ki, “Taliban” hərəkatının silahlıları hökumət qüvvələrinə qarşı hücuma keçib. Müxtəlif mənbələrə görə, radikallar İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd ərazilər də daxil olmaqla Əfqanıstan ərazisinin 85%-ə qədərini nəzarətdə saxlayır.


Story Code: 948528

News Link :
https://www.islamtimes.org/az/news/948528/kiv-əfqanıstan-prezidenti-ölkəni-tərk-etməyə-hazırlaşır

Islam Times
  https://www.islamtimes.org