QR CodeQR Code

Hizbullah əsgərlərinin həlak olması xəbərinə münasibət bildirib

21 Aug 2021 14:05

İslamTimes: Hizbullah hərəkatı işğalçı İsrailin Suriyaya son aviazərbələrində əsgərlərinin həlak olmasıilə bağlı xəbərlərə münasibət bildirib.


SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Hizbullah-a məxsus əl-İlam əl-Hərbi adlı media qurumu İsrailin Suriyaya son aviazərbələrində həlak olanlarla bağlı xəbərlərə münasibət bildirib.

Bildirilib ki, işğalçıİsrail rejimi təyyarələrinin Suriyaya son təcavüzündə müqavimət hərəkatının üzvlərinin həlak olması əsassızdır. Əlavə edilib ki, müqavimət gücləri təcavüzə məruz qalan bölgələrdə olmayıblar.

Bundan öncə əl-Ərəbiyyə və əl-Hədəs telekanalları sözügedən iddianı yayımlamışdılar.

Qeyd edək ki, cari ayın 19-da İsrail Suriyanın Rif-Diməşq və Homs əyalətlərini Livan səmasından və Aralıq dənizindən hədəfə alıb. Havadan müdafiə 24 raketin 22-ni zərərsizləşdirib.


Story Code: 949587

News Link :
https://www.islamtimes.org/az/news/949587/hizbullah-əsgərlərinin-həlak-olması-xəbərinə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org