QR CodeQR Code

Nəsrullah: Livandakı mövcud böhran ABŞ səfirliyinin işidir

إسلام تايمز , 22 Aug 2021 23:20

İslamTimes: Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ABŞ və Səudiyyə Ərəbistanının Livanı vətəndaş müharibəsinə sürükləməyə çalışdıqlarını söyləyərək, yanacaq daşıyan ikinci İran gəmisinin yaxın günlərdə Livana yola düşəcəyini bildirib.


"Əl-Mayadin" informasiya agentliyinin məlumatına görə, Livanın "Hizbullah" Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah bugünki çıxışı zamanı deyib: "Livan Müqavimətinə qarşı mübarizəyə rəhbərlik edənlər ABŞ səfirliyi və bu səfirliyin rəhbərləri olan səfirlərdir! Onlar Müqaviməti ləkələmək məqsədi ilə on milyardlarla pul xərclədilər, amma bunu bacarmadılar."

Seyid Həsən Nəsrullah əlavə edib: "ABŞ səfirliyi və rəsmi Vaşinqtonun nümayəndəsi olan səfirlər 2005-ci ildən bəri (Müqavimət Cəbhəsinə qarşı) mübarizə aparır və daim məğlub olurlar. ABŞ səfirliyinin istər media müharibəsi vasitəsi ilə, istərsə də digər sahələrə ayırdıqları pullar vasitəsi ilə həyata keçirdiyi bütün planlar uğursuzluqla nəticələnib..."


Story Code: 949830

News Link :
https://www.islamtimes.org/az/news/949830/nəsrullah-livandakı-mövcud-böhran-abş-səfirliyinin-işidir

Islam Times
  https://www.islamtimes.org