QR CodeQR Code

Sionist rejimdə xəstəxanalar korona xəstələrindən imtina edəcək!

إسلام تايمز , 23 Aug 2021 21:19

İslamTimes: Sionist rejimdə korona xəstələrinin müalicəsi ilə məşğul olan xəstəxana rəhbərləri Səhiyyə Nazirliyinin öhdəliklərinə əməl etməməsi səbəbindən xəstələri qəbul etməkdən imtina edəcəyi ilə hədələyib!


Bazar ertəsi günü işğal altında olan Fələstindəki yeddi xəstəxana Sionist rejim rəhbərliyini koronavirusu olan xəstələri qəbul etməkdən imtina etməklə hədələyiblər.

Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, bu xəstəxanaların müdirləri, koronavirusun yenidən geniş şəkildə yayılması ilə əlaqədar problemlərinə diqqət çəkmək üçün Sionist rejimin Səhiyyə Nazirliyi qarşısında mətbuat konfransı təşkil ediblər.

Xəstəxanalardan birinin müdiri bildirib ki, sionist rejim Nazirlər Kabineti koronavirusa yoluxmuş xəstələri qəbul edən dövlət xəstəxanalarına kömək etmək üçün maliyyə öhdəliklərini yerinə yetirməyib. Bu isə xəstəxanaların ağır şəraitdə işləyə bilməsini daha da çətinləşdirib!


Story Code: 950006

News Link :
https://www.islamtimes.org/az/news/950006/sionist-rejimdə-xəstəxanalar-korona-xəstələrindən-imtina-edəcək

Islam Times
  https://www.islamtimes.org