QR CodeQR Code

Bayden: “İŞİD Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə hücum imkanı axtarır”

25 Aug 2021 02:30

İslamTimes: Bayden: “İŞİD Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə hücum imkanı axtarır”


"İŞİD-Xorasan" qruplaşmasının döyüşçüləri Əfqanıstanda ABŞ-ın hərbi qüvvələrinə və onun müttəfiqlərinə hücumların həyata keçirilməsi üçün imkan axtarırlar.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evdə Əfqanıstanda vəziyyətə həsr edilmiş çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.

"(Əfqanıstandan təxliyə-red) missiyamızın həyata keçirilməsini təmin etməkdə tam qərarlıyam. Mən artan riskləri də xatırlayıram. Onlar realdır, bunlar İŞİD-in Əfqanıstanda qolu - İŞİD-Xorasan kimi tanınan terror qruplaşmasının kəskin və artan təhlükəsi, eyni zamanda “Taliban”ın düşməni olduğunu nəzərə almalı olduğumuz əhəmiyyətli çağırışlardır”, - Ağ Ev rəhbəri deyib.

Onun sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstanın paytaxtı Kabildə olduğu hər gün "İŞİD-Xorasan" aeroporta, ABŞ-ın hərbi qüvvələrinə, müttəfiqlərə, həmçinin günahsız vətəndaşlara hücüm etməyə çalışır.


Story Code: 950240

News Link :
https://www.islamtimes.org/az/news/950240/bayden-işid-əfqanıstanda-abş-və-onun-müttəfiqlərinə-hücum-imkanı-axtarır

Islam Times
  https://www.islamtimes.org