QR CodeQR Code

Səudiyyə Ərəbistanı və BƏƏ Qətərdə çaxnaşma yaratmağa çalışır

إسلام تايمز , 25 Aug 2021 16:14

İslamTimes: Səudiyyə Ərəbistanı və BƏƏ Qətərdə baş tutacaq ilk seçkilər ərəfəsində bu ölkədə çaxnaşma yaratmağa çalışır


Livan mətbuatı bu haqda yazır: Qətərdə "yarı demokratik" bir bayram kimi qəbul edilən Qətər parlament seçkilərinə cəmi iki ay qalır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri isə bu seçki ərəfəsində Bəni Məra qəbiləsini təhrik edərək onları seçki qanununa etiraz etməyə sövq edir.

Bu seçkilərin Qətər, eləcə də Fars körfəzindəki ərəb ölkələri üçün bir dönüş nöqtəsi olacağından çəkinin Səudiyyə rejimi bu seçkilərə mane olmağa çalışır. Səudiyyə Ərəbistanı və BƏƏ yaxşı anlayır ki, Qətərdə seçkilərin keçirilməsi bu iki ölkə xalqının da oxşar seçkilər keçirmək tələblərini ikiqat artırmasına səbəb ola bilər.


Story Code: 950337

News Link :
https://www.islamtimes.org/az/news/950337/səudiyyə-ərəbistanı-və-bəə-qətərdə-çaxnaşma-yaratmağa-çalışır

Islam Times
  https://www.islamtimes.org