QR CodeQR Code

Rusiya məhkəməsi bu sosial şəbəkələri cərimələyib

26 Aug 2021 16:29

İslamTimes: Rusiya məhkəməsi “Facebook”, “WhatsApp” və “Twitter”i cərimələyib.


APA-nın Moskva müxbirinin “Roskomnadzor”un saytına istinadən verdiyi məlumata görə, Taqanskiy Rayon Məhkəməsi Rusiyadan olan istifadəçilərin məlumatlarını lokalizasiya etməkdən təkrar imtina etdiyi üçün ayrı-ayrı icraatda “Facebook”u 15 milyon rubl, “WhatsApp”ı 4 milyon rubl, “Twitter”i isə 17 milyon rubl məbləğində cərimələyib.

Hər üç sosial şəbəkə Rusiya vətəndaşlarının məlumatlarının lokalizasiyası ilə bağlı tələbi təkrar pozduğuna görə məhkəmə tərəfindən cərimələniblər.


Story Code: 950549

News Link :
https://www.islamtimes.org/az/news/950549/rusiya-məhkəməsi-bu-sosial-şəbəkələri-cərimələyib

Islam Times
  https://www.islamtimes.org