QR CodeQR Code

İran mövzusu Sionist rejimdə qalmaqala səbəb oldu

إسلام تايمز , 31 Aug 2021 23:55

İslamTimes: İşğalçı İsrailin baş naziri Naftali Bennetin müxalifləri onu İranla bağlı siyasətinə görə Knessetdə (parlamentdə) tənqid ediblər.


Likud partiyasının üzvü Zaçi Hanqbi, çərşənbə axşamı günü İsrail parlamentinin xüsusi iclasında Naftali Bennetin ötən həftə Ağ Evdə keçirdiyi görüşdə İran mövzusunda ABŞ prezidenti Co Baydenə təslim olduğunu iddia edib.

Co Bayden həmin görüşdə Vaşinqtonun Tehranla diplomatiya yoluna sadiq olduğunu, ancaq diplomatiyanın cavab vermədiyi təqdirdə başqa üsullardan istifadə etməyə hazır olduğunu iddia edib.

Sionist rejim mətbuatı iddia edib ki, Naftali Bennetin Netanyahudan fərqli olaraq İran və HBFP sazişi mövzusunda ABŞ ilə fikir ayrılıqlarını üzə çıxarmaq niyyəti yoxdur.


Story Code: 951498

News Link :
https://www.islamtimes.org/az/news/951498/iran-mövzusu-sionist-rejimdə-qalmaqala-səbəb-oldu

Islam Times
  https://www.islamtimes.org