QR CodeQR Code

Suriyada ABŞ və Britaniya qüvvələrinin olduğu bazaya raketlər atılıb

1 Sep 2021 20:34

İslamTimes: Suriyada separatçı kürd bölmələrinin nəzarətində olan bölgədə ABŞ, Britaniya və Fransa qüvvələrinin olduğu bazaya raketlər atılıb. Dağıntılar var.


SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə yerli mənbələr məlumat verib.

Bildirilib ki, Dirazzurda separatçı kürd bölmələrinin və ABŞ qüvvələrinin nəzarətində qalmış Kuniko qaz emalı zavodu yaxınlığındakı qərargaha raketlər atılıb.

Bu raketlər ərazidə yalnız dağıntılara səbəb olub.

Hücumu hələ heç bir tərəf öhdəsinə götürməyib.

Qeyd edək ki, ABŞ hərbi koalisiyası və separatçı kürd bölmələri İŞİD-lə mübarizə adı ilə bölgəni nəzarətdə saxlayırlar.


Story Code: 951633

News Link :
https://www.islamtimes.org/az/news/951633/suriyada-abş-və-britaniya-qüvvələrinin-olduğu-bazaya-raketlər-atılıb

Islam Times
  https://www.islamtimes.org