QR CodeQR Code

İran prezidenti ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsinə münasibət bildirib

2 Sep 2021 11:38

İslamTimes: “Amerikanın müxtəlif bölgələrdəki varlığı heç vaxt təhlükəsizliyi təmin etməyib. Təcrübə göstərib ki, ABŞ qüvvələrinin varlığı əksinə təhlükəsizliyə, sabitliyə və dincliyə xətər yaradıb.”


SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi bu günkü çıxışında deyib.

ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsi məsələsinə toxunan İbrahim Rəisi bildirib ki, “əldə edilən təcrübə bu qüvvələrin təhlükəsizliyi təmin etmədiyini və əksinə sabitliyə və dincliyə təhlükə yaratdığını göstərir.”

“Onlar belə bir keçmişlə və belə bir rəftarla dünya ictimaiyyətinə cavab verməkdənsə, digər ölkələrə qarşı təbliğat aparırlar və başqalarını ittihamlandırırlar”, deyə İran prezidenti ölkəsinə qarşı mənfi təbliğatın cavablandırılacağını vurğulayıb.


Story Code: 951739

News Link :
https://www.islamtimes.org/az/news/951739/iran-prezidenti-abş-qüvvələrinin-əfqanıstanı-tərk-etməsinə-münasibət-bildirib

Islam Times
  https://www.islamtimes.org