0
Thursday 2 September 2021 - 11:38

İran prezidenti ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsinə münasibət bildirib

Story Code : 951739
İran prezidenti ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsinə münasibət bildirib
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti İbrahim Rəisi bu günkü çıxışında deyib.

ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsi məsələsinə toxunan İbrahim Rəisi bildirib ki, “əldə edilən təcrübə bu qüvvələrin təhlükəsizliyi təmin etmədiyini və əksinə sabitliyə və dincliyə təhlükə yaratdığını göstərir.”

“Onlar belə bir keçmişlə və belə bir rəftarla dünya ictimaiyyətinə cavab verməkdənsə, digər ölkələrə qarşı təbliğat aparırlar və başqalarını ittihamlandırırlar”, deyə İran prezidenti ölkəsinə qarşı mənfi təbliğatın cavablandırılacağını vurğulayıb.