QR CodeQR Code

Sionist diplomat: Britaniya ilə daim İranla bağlı müştərək mövqeyə sahib olmuşuq

إسلام تايمز , 2 Sep 2021 17:52

İslamTimes: İşğalçı İsrailin Britaniyadakı səfiri ingilis həftəliyinə verdiyi müsahibədə Təl-Əvivlə Londonun İranla bağlı "oxşar fikirlərə" sahib olduqlarını bildirib.


İşğalçı İsrailin İngiltərədəki səfiri Tzipi Hotoveli İranın nüvə proqramına qarşı əsassız ittihamları təkrar səsləndirərək Britaniya ilə sionist rejimin rəsmi Tehrana qarşı ortaq mövqeyə sahib olduğunu vurğulayıb.

Londonda yerləşən yəhudi həftəliyi "The Jewish Chronicle"-ə müsahibə verən İsrailin İngiltərədəki səfiri Təl-Əviv-London əlaqələrindan danışıb.

Müsahibə zamanı Hotwalli əvvəlcə İngiltərədə "antisemitizmin artması" ilə əlaqədar narahatlığını ifadə edib və London rəsmilərini bu problemi həll etməyə çağırıb. O daha sonra İranda yeni dövlətin iş başına gəlməsindən sonra bu ölkənin nüvə fəaliyyətinin daha “təhlükəli” olduğunu və bu səbəbdən İsrail ilə Britaniyanın müştərək mövqeyinin daha yüksək əhəmiyyət daşıdığını söyləyib.


Story Code: 951819

News Link :
https://www.islamtimes.org/az/news/951819/sionist-diplomat-britaniya-ilə-daim-iranla-bağlı-müştərək-mövqeyə-sahib-olmuşuq

Islam Times
  https://www.islamtimes.org