QR CodeQR Code

Pakistanın Kəşfiyyat naziri Kabildə Taliban rəhbərliyilə görüşüb

4 Sep 2021 14:30

İslamTimes: Talibanın Kəşfiyyat naziri Taliban hərəkatının dəvətilə Kabilə gedib.


SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, Talibanın dəvətilə Pakistanın Kəşfiyyat naziri general Faiz Həmid bu gün Kabilə gedib.

Pakistan Kəşfiyyat naziri burada Taliban rəhbərliyilə görüşüb.

General Faiz Həmid ilk xarici nazirdir ki, Taliban Kabili ələ keçirəndən sonra Əfqanıstana səfər edir.

Pakistanlı nazirin Talibanla görüşü, hərəkatın Pəncşirdə müxalif qüvvələrə qarşı döyüşlər aparması və yeni hökumətin elan edilməsi zamanına təsadüf edir.

Qeyd edək ki, sabiq Əfqanıstan hökuməti Pakistan hökumətinə ölkənin daxili işlərinə müdaxilə və Taliban-a dəstəyə görə rəsmi İslamabada dəfələrlə nota vermişdi.


Story Code: 952118

News Link :
https://www.islamtimes.org/az/news/952118/pakistanın-kəşfiyyat-naziri-kabildə-taliban-rəhbərliyilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org