0
Saturday 4 September 2021 - 14:30

Pakistanın Kəşfiyyat naziri Kabildə Taliban rəhbərliyilə görüşüb

Story Code : 952118
Pakistanın Kəşfiyyat naziri Kabildə Taliban rəhbərliyilə görüşüb
SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, Talibanın dəvətilə Pakistanın Kəşfiyyat naziri general Faiz Həmid bu gün Kabilə gedib.

Pakistan Kəşfiyyat naziri burada Taliban rəhbərliyilə görüşüb.

General Faiz Həmid ilk xarici nazirdir ki, Taliban Kabili ələ keçirəndən sonra Əfqanıstana səfər edir.

Pakistanlı nazirin Talibanla görüşü, hərəkatın Pəncşirdə müxalif qüvvələrə qarşı döyüşlər aparması və yeni hökumətin elan edilməsi zamanına təsadüf edir.

Qeyd edək ki, sabiq Əfqanıstan hökuməti Pakistan hökumətinə ölkənin daxili işlərinə müdaxilə və Taliban-a dəstəyə görə rəsmi İslamabada dəfələrlə nota vermişdi.