QR CodeQR Code

"İranın yanacaq tankerləri ABŞ-ın Livana qarşı sanksiyalarını da təsirsiz etdi!"

إسلام تايمز , 4 Sep 2021 22:33

İslamTimes: Həsən Fəzlullah ABŞ-ın rəsmi Beyruta qarşı sanksiyalarının uğursuzluqla nəticələndiyini vurğulayıb.


Livanın Əl-Vafa Əl-müqavimə (Müqavimətə Sadiqlik) fraksiyasının üzvü Həsən Fəzlullah ABŞ-ın rəsmi Beyruta qarşı sanksiyalarının uğursuzluğa doğru getdiyini vurğulayıb.

Əl-Mənar xəbər kanalı Fəzlullahdan sitat gətirərək bildirib: "ABŞ hökuməti Livan Müqavimətinin güclü iradəsinə maksimum təzyiqdən geri çəkilmək məcburiyyətində qaldı. Bu gün artıq ABŞ-ın mühasirəsi də yarılır!"

Livanlı rəsmi bu ölkədəki böhranın azalmasına işarə edərək, Livan Müqavimətinin Amerikanın təhdidlərinə əsla əhəmiyyət vermədiyini və heç zaman təzyiqlərə boyun əyməyəcəyini söyləyib.


Story Code: 952190

News Link :
https://www.islamtimes.org/az/news/952190/iranın-yanacaq-tankerləri-abş-ın-livana-qarşı-sanksiyalarını-da-təsirsiz-etdi

Islam Times
  https://www.islamtimes.org