QR CodeQR Code

"Zelenski xidmətçi kimi görünür"

6 Sep 2021 12:03

İslamTimes: Ukrayna prezidentinin Amerikada imzalanma mərasimi zamanı çəkilən fotosu səs-küyə səbəb olub.


Ukraynanın Prezident Aparatı sosial mediada “Prezident Zelenskinin şahidliyi altında” enerji sektorunda ABŞ və Ukrayna arasında iki rəsmi sənədin imzaladığını açıqlayıb. Ukrayna prezidentinin imzalanma mərasimi zamanı çəkilən fotosu isə səs-küyə səbəb olub.

Axar.az xəbər verir ki, Ukrayna lideri müqavilə masasının arxasında Amerika və Ukrayna bayraqlarının arasında tək dayanıb və yanında Amerika tərəfdən heç bir nümayəndə yoxdur. Bu foto ukraynalı internet istifadəçilərinin qəzəbinə səbəb olub.

Bəzi internet istifadəçiləri Zelenskinin qulluqçu kimi arxada dayandığını, “Ukraynanın ən yaxşı qarsonu” olduğunu, “küncə qoyulduğunu”, bildirib istehza ediblər.


Story Code: 952421

News Link :
https://www.islamtimes.org/az/news/952421/zelenski-xidmətçi-kimi-görünür

Islam Times
  https://www.islamtimes.org