0
Monday 6 September 2021 - 12:03

"Zelenski xidmətçi kimi görünür"

Story Code : 952421
"Zelenski xidmətçi kimi görünür"
Ukraynanın Prezident Aparatı sosial mediada “Prezident Zelenskinin şahidliyi altında” enerji sektorunda ABŞ və Ukrayna arasında iki rəsmi sənədin imzaladığını açıqlayıb. Ukrayna prezidentinin imzalanma mərasimi zamanı çəkilən fotosu isə səs-küyə səbəb olub.

Axar.az xəbər verir ki, Ukrayna lideri müqavilə masasının arxasında Amerika və Ukrayna bayraqlarının arasında tək dayanıb və yanında Amerika tərəfdən heç bir nümayəndə yoxdur. Bu foto ukraynalı internet istifadəçilərinin qəzəbinə səbəb olub.

Bəzi internet istifadəçiləri Zelenskinin qulluqçu kimi arxada dayandığını, “Ukraynanın ən yaxşı qarsonu” olduğunu, “küncə qoyulduğunu”, bildirib istehza ediblər.