QR CodeQR Code

Əl-Kazimi: İraqda son terrorçu məhv edilənədək əməliyyatlar davam edəcək!

إسلام تايمز , 7 Sep 2021 21:34

İslamTimes: İraq baş naziri bu gün Terrorla Mübarizə Təşkilatının şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışında İraqda son terrorçu məhv edilənədək əməliyyatların davam edəcəyini bildirib.


İraq baş naziri və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa Əl-Kazimi bu gün Terrorla Mübarizə Təşkilatının şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışında çıxış edib.

"Mavazin News"-un verdiyi xəbərə görə, Mustafa Əl-Kazimi xatirə abidəsinin açılışı mərasimində deyib:

"Terrorla Mübarizə Təşkilatının qəhrəman şəhidlərinin yazdığı dastanlara dəyər vermək məqsədilə (şəhidlərin xatirəsinə ucaldılmış) bu mükəmməl sənət əsərinin açılışını edirik. Biz iraqlılar hər bir qəhrəman şəhidimizlə fəxr edirik. Əgər bu cəsur qəhrəmanlarımız olmasaydı, biz indi burada dayana bilməzdik."


Story Code: 952688

News Link :
https://www.islamtimes.org/az/news/952688/əl-kazimi-iraqda-son-terrorçu-məhv-edilənədək-əməliyyatlar-davam-edəcək

Islam Times
  https://www.islamtimes.org