0
Tuesday 7 September 2021 - 21:34

Əl-Kazimi: İraqda son terrorçu məhv edilənədək əməliyyatlar davam edəcək!

Story Code : 952688
Əl-Kazimi: İraqda son terrorçu məhv edilənədək əməliyyatlar davam edəcək!
İraq baş naziri və İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mustafa Əl-Kazimi bu gün Terrorla Mübarizə Təşkilatının şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışında çıxış edib.

"Mavazin News"-un verdiyi xəbərə görə, Mustafa Əl-Kazimi xatirə abidəsinin açılışı mərasimində deyib:

"Terrorla Mübarizə Təşkilatının qəhrəman şəhidlərinin yazdığı dastanlara dəyər vermək məqsədilə (şəhidlərin xatirəsinə ucaldılmış) bu mükəmməl sənət əsərinin açılışını edirik. Biz iraqlılar hər bir qəhrəman şəhidimizlə fəxr edirik. Əgər bu cəsur qəhrəmanlarımız olmasaydı, biz indi burada dayana bilməzdik."