QR CodeQR Code

Suriyanın Dəra əyalətində yüzdən çox qruplaşma üzvü silahlarını orduya təhvil verib

8 Sep 2021 12:59

İslamTimes: Suriyanın Dəra əyalətinin Dəra əl-Bələd şəhərində olan radikal qruplaşma üzvlərinin bölgədən təxliyə edilməsi davam edir.


SalamNews SANA-a istinadla xəbər verir ki, son iki gündə Dəra əl-Bələd şəhərində yüzdən çox qruplaşma üzvü silahlarını könüllü şəkildə orduya təhvil veriblər.

Rusiyanın Sülh Mərkəzinin vasitəçiliyi ilə baş tutan razılaşmaya əsasən silahlarını təhvil verən qruplaşma üzvlərindən bölgədə qalmaq istəməyənlər İdlibə gedə biləcəklər.

Dərada qalmaq istəyənlər də öz silahlarını təhvil verdikdən sonra bölgələrində yaşaya biləcəklər.

Qeyd edək ki, Dəra əyaləti 2018-ci ildə oxşar razılaşmanın həyata keçirilməsindən sonra ordunun nəzarətinə keçmişdi.


Story Code: 952803

News Link :
https://www.islamtimes.org/az/news/952803/suriyanın-dəra-əyalətində-yüzdən-çox-qruplaşma-üzvü-silahlarını-orduya-təhvil-verib

Islam Times
  https://www.islamtimes.org