QR CodeQR Code

İran və BƏƏ xarici işlər nazirləri telefonla danışdı

9 Sep 2021 14:33

İslamTimes: İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər naziri Şeyx Abdullah ibn Zayəd arasında telefon danışığı olub.


Abdullahiyan bu telefon danışığında iki ölkə arasındakı güclü və sabit əlaqələrlə yanaşı ikitərəfli, regional və beynəlxalq mövzularda məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb.

Əmir Abdullahiyan BƏƏ Baş naziri Məhəmməd ibn Rəşid əl-Məktum ilə son görüşünə də toxunaraq, əlaqələrin inkişafına dəstək olaraq iki ölkə liderlərinin müsbət rəftarının böyük əhəmiyyət daşıdığını ifadə edib.

BƏƏ XİN rəhbəri Şeyx Abdullah ibn Zayed isə öz növbəsində Əmir Abdullahiyanı xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və iki qonşu ölkə arasında yaxşı əlaqələrin olduğunu vurğulayıb. /Eastnews/


Story Code: 952984

News Link :
https://www.islamtimes.org/az/news/952984/iran-və-bəə-xarici-işlər-nazirləri-telefonla-danışdı

Islam Times
  https://www.islamtimes.org