QR CodeQR Code

Liviya: cəsədlər tükənmir

29 Aug 2011 09:59

IslamTimes - Tripolidə daha 50 cəsəd tapılıb.


Liviyada üsyançıların rəhbərliyi Tripoli həndəvərlərindən birindəki anbarda tapılan 50 yandırılmış cəsədin kimlər olduğunu araşdırmağa çalışır.

Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, cəsədlər Liviyanın devrilmiş lideri Müəmmar Qəzzafinin oğullarından birinin başçılıq etdiyi briqadanın yerləşdiyi hərbi bazada aşkarlanıb. Şahidlərin dediklərinə görə, anbar ağzına qədər mülki şəxslərlə dolu olub. Əsgərlər və muzdlular adamlara atəş açaraq onlar tərəfə əl qumbaraları atıblar.
Daha çox cəsəd anbarın çölündədir.

Tripolidə isə xəstəxanalardan birində 200 meyit tapılıb. Həkimlər xəstələri qoyub qaçdıqlarından xəstəxanadakı pasiyentlər ölüblər.


Story Code: 95316

News Link :
https://www.islamtimes.org/az/news/95316/liviya-cəsədlər-tükənmir

Islam Times
  https://www.islamtimes.org