QR CodeQR Code

ABŞ: HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv etməyə hazırıq

إسلام تايمز , 14 Sep 2021 23:01

İslamTimes: ABŞ-ın Vyanada Beynəlxalq Təşkilatlardakı nümayəndəsinin müavini Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyəti Şurasının iclasında bildirib ki, ABŞ HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv etməyə hazırdır


Luis Bono İdarə Heyətinin iclasında deyib:

"Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqədədir və diplomatiya, danışıqlar yolu ilə Hərtərəfli Birgə Fəaliyyət Planına qarşılıqlı şəkildə geri dönməyi təmin etməyə çalışır. Bu saziş çoxtərəfli diplomatiyanın əsas uğurlarından biridir və beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən narahatlıqlarını aradan qaldırmaq üçün həyati vasitədir."

ABŞ rəsmisi İranın bütün öhdəliklərinə əməl etdiyi halda Amerikanın bu sazişi qanunsuz şəkildə tərk etməsinə işarə etmədən, İranın öhdəliklərinə əməl etməsini istədiklərini söyləyib. O bundan sonra Amerikanın HBFP sazişinə uyğun olmayan sanksiyaları ləğv edəcəyini deyib.


 


Story Code: 953871

News Link :
https://www.islamtimes.org/az/news/953871/abş-hbfp-sazişinə-uyğun-olmayan-sanksiyaları-ləğv-etməyə-hazırıq

Islam Times
  https://www.islamtimes.org