QR CodeQR Code

Yəmən müdafiə naziri: Təcavüzkarlara Yəmən tam azad olunanadək cavab veriləcək!

إسلام تايمز , 18 Sep 2021 23:06

İslamTimes: Yəmənin müdafiə naziri şənbə günü verdiyi açıqlamada bildirib ki, təcavüzkarlar Yəmənə hücumları davam etdirdikləri üçün daha çox itki ilə üzləşəcəklər.


Əl-Məsirə informasiya şəbəkəsinin verdiyi məlumata görə, general-mayor Məhəmməd Nasir Əl-Atefi Əl-Cəvf əyalətində "Cəbhət əl-elm" qərargahına baxış keçirən zaman Yəmən ordusu döyüşçüləri və xalq komitələri ilə də söhbətləşib və oradakı döyüş əməliyyatlarının gedişi haqqında açıqlama verib və deyib:

"Bütün siyasi, əxlaqi və humanitar meyarlara əsasən Yəmən torpaqları və xalqına qarşı müharibə ədalətsiz, zalımcasına bir təcavüzdür! Biz təcavüzkarlar torpaqlarımızı tərk edənədək onların bu təcavüzünə cavab verməyə davam edəcəyik!"


Story Code: 954563

News Link :
https://www.islamtimes.org/az/news/954563/yəmən-müdafiə-naziri-təcavüzkarlara-tam-azad-olunanadək-cavab-veriləcək

Islam Times
  https://www.islamtimes.org