QR CodeQR Code

Ramzan Kadırov yenidən Çeçenistan rəhbəri seçildi

20 Sep 2021 16:42

İslamTimes: Rusiyada keçirilən son seçkilərdə Ramzan Kadırov növbəti dəfə qələbə qazanıb.


Teleqraf.com xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, protokolların 100 faizinin sayılmasından sonra Ramzan Kadırov (Vahid Rusiya Partiyası) növbəti dəfə Çeçenistan Respublikasının başçısı seçilib.

O, səslərin 99,7 faizini toplayıb. MSK-nın məlumatına görə, İsa Hacımuradov (Ədalətli Rusiya) səslərin 0,15, Xalid Nakayev isə 0,12 faizini toplayıb.

Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistana rəhbərlik edir.


Story Code: 954818

News Link :
https://www.islamtimes.org/az/news/954818/ramzan-kadırov-yenidən-çeçenistan-rəhbəri-seçildi

Islam Times
  https://www.islamtimes.org