Teleqraf.com xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatlarına görə, protokolların 100 faizinin sayılmasından sonra Ramzan Kadırov (Vahid Rusiya Partiyası) növbəti dəfə Çeçenistan Respublikasının başçısı seçilib.
O, səslərin 99,7 faizini toplayıb. MSK-nın məlumatına görə, İsa Hacımuradov (Ədalətli Rusiya) səslərin 0,15, Xalid Nakayev isə 0,12 faizini toplayıb.
Qeyd edək ki, Ramzan Kadırov 2011-ci ildən Çeçenistana rəhbərlik edir.