QR CodeQR Code

ABŞ-da nə baş verir? - Silah səsləri susmaq bilmir!

22 Sep 2021 10:03

İslamTimes: Vaşinqtonun cənub-şərqində atışma baş verib.


"The Washington Post" qəzeti yazır ki, naməlum şəxs Alabama prospektində bir ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb. Nəticədə beş nəfər yaralanıb, onlardan biri 13 yaşlı yeniyetmədir. Yaralananların üçü xəstəxanaya aparılıb, qalan ikisinə ilkin tibbi yardım göstərilib.

Daha bir atışma ABŞ-ın Kanzas ştatının Uiçito şəhərində olub. Nəticədə iki nəfər yaralanıb. Polis hadisənin məktəbin yaxınlığında baş verdiyini qeyd edib. Hadisənin təfərrüatları barədə heç bir məlumat verilməyib.


Story Code: 955118

News Link :
https://www.islamtimes.org/az/news/955118/abş-da-nə-baş-verir-silah-səsləri-susmaq-bilmir

Islam Times
  https://www.islamtimes.org