QR CodeQR Code

ABŞ Rusiya və Çinlə müharibəyə hazırlaşır - KİV

23 Sep 2021 09:46

İslamTimes: ABŞ Hərbi Hava Qüvvələrində xidmət edən pilotlara Rusiya və Çinlə müharibə vəziyyətində eniş təlimi keçirilib.


Axar.az xəbər verir ki, bunu "Business İnsider" nəşrində yayımlanan məqaləsində hərbi ekspert Stavros Atlamazoqlou qeyd edib.

"ABŞ bərabər gücə malik rəqiblə mümkün qarşıdurmada kabus ssenarisi ilə üz-üzə gələcək", - ekspert vurğulayıb.

Düşmən ölkənin açdığı atəşin əsgərlərin və ya silahların böyük hissəsini zərərsizləşdirə biləcəyini qeyd edən Atlamazoqlou bu səbəbdən ABŞ ordusunun qüvvələrini hava bazalarından kənar nöqtələrə dağıtmaq üçün təlimlər keçirdiyini yazıb.

Bu ssenarilərin öyrənilməsinin düşmən ölkənin ehtimal olunan hücumu qarşısında qoşunların sağ qalma qabiliyyətini artıracağını hesab edən ekspert ordunun gediş və yanacaqdoldurma nöqtələrini izləməyin çətin olacağını bildirib.


Story Code: 955304

News Link :
https://www.islamtimes.org/az/news/955304/abş-rusiya-və-çinlə-müharibəyə-hazırlaşır-kiv

Islam Times
  https://www.islamtimes.org