QR CodeQR Code

Ərdoğan: Baydenlə əlaqələrimiz yaxşı deyil!

23 Sep 2021 23:03

İslamTimes: ABŞ Prezidenti Co Baydenlə əlaqələrimiz elə də yaxşı başlamadı.


Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkdan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim. Amma Co Baydenlə yaxşı başladığımızı söyləyə bilmərəm. Bayden Suriyada terrorçulara silah-sursat göndərməyə başladı. Buna laqeyd qala bilmərik”, - Ərdoğan bildirib.

Dövlət başçısı ABŞ-ın Əfqanıstanı tərk edərkən qoyduğu silahların Talibanın əlinə keçdiyini bildirib və Vaşinqtonun buna görə bədəl ödəyəcəyini qeyd edib.


Story Code: 955427

News Link :
https://www.islamtimes.org/az/news/955427/ərdoğan-baydenlə-əlaqələrimiz-yaxşı-deyil

Islam Times
  https://www.islamtimes.org