QR CodeQR Code

Nigeriyada terrorçular ordu karvanına hücum edərək 30 əsgəri öldürüb

26 Sep 2021 01:44

İslamTimes: Nigeriyanın şimal-şərqində Boko Haram terror təşkilatının yaraqlıları ordu karvanını pusquya salaraq 30 əsgəri öldürüb.


APA xəbər verir ki, bu barədə yerli “Vanguard” nəşri yazıb.

Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.

Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.

Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.

Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.

Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıblar.

 


Story Code: 955775

News Link :
https://www.islamtimes.org/az/news/955775/nigeriyada-terrorçular-ordu-karvanına-hücum-edərək-30-əsgəri-öldürüb

Islam Times
  https://www.islamtimes.org