0
Sunday 26 September 2021 - 01:44

Nigeriyada terrorçular ordu karvanına hücum edərək 30 əsgəri öldürüb

Story Code : 955775
Nigeriyada terrorçular ordu karvanına hücum edərək 30 əsgəri öldürüb
APA xəbər verir ki, bu barədə yerli “Vanguard” nəşri yazıb.

Hadisə Borno əyalətinin Marte-Dikva bələdiyyəsinin ərazisində baş verib.

Hərbi yük maşınlarına hücum qumbaraatanlardan atəş açmaqla edilib.

Əvvəəlcə 16 əsgər ölüb, sonradan bu rəqəm 30-a yüksəlib. İtkin düşənlər var.

Qeyd edək ki, Boko Haram təşkilat olaraq 2002-ci ildə Nigeriyanın Borno əyalətində yaradılıb.

Hədəfləri Nigeriyada hakimiyyəti ələ keçirməkdir. 2009-cu ildən bəri aktiv terror fəaliyyətinə başlayıblar.