QR CodeQR Code

ABŞ-da sərnişin qatarı relsdən çıxıb, ölənlər var

26 Sep 2021 08:58

İslamTimes: ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.


APA xəbər verir ki, bu barədə “KXLH” telekanalı ABŞ-ın “Amtrak” dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb.

Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.

CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.

Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.


Story Code: 955797

News Link :
https://www.islamtimes.org/az/news/955797/abş-da-sərnişin-qatarı-relsdən-çıxıb-ölənlər-var

Islam Times
  https://www.islamtimes.org