QR CodeQR Code

Çin İran nefti barədə açıqlama verdi

29 Sep 2021 19:57

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin bəzi ABŞ rəsmilərinin ABŞ-ın diplomatik kanallarla Çinin İrandan xam neft alışını azaltmasını istəməsinə dair açıqlamalarını dəyərləndirib.


Sözçü Hua Çinin İranla normal iqtisadi və ticarət əməkdaşlığındakı mövqeyinin hər zaman aydın və əsaslı olduğuna diqqət çəkib.
Sözçü Çinin hər cür təktərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu və ABŞ-ın üçüncü tərəf qurum və fərdlərə qarşı uzun qollu yurisdiksiya cəhdlərini dərhal dayandırmalı olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ABŞ-ın Çin şirkətlərinə hər vasitə ilə etdiyi təzyiqlərə dərhal son verməli olduğunu da vurğulayıb. /Eastnews/


Story Code: 956382

News Link :
https://www.islamtimes.org/az/news/956382/çin-iran-nefti-barədə-açıqlama-verdi

Islam Times
  https://www.islamtimes.org