0
Wednesday 29 September 2021 - 19:57

Çin İran nefti barədə açıqlama verdi

Story Code : 956382
Çin İran nefti barədə açıqlama verdi
Sözçü Hua Çinin İranla normal iqtisadi və ticarət əməkdaşlığındakı mövqeyinin hər zaman aydın və əsaslı olduğuna diqqət çəkib.
Sözçü Çinin hər cür təktərəfli sanksiyalara qəti şəkildə qarşı olduğunu və ABŞ-ın üçüncü tərəf qurum və fərdlərə qarşı uzun qollu yurisdiksiya cəhdlərini dərhal dayandırmalı olduğunu bildirib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ABŞ-ın Çin şirkətlərinə hər vasitə ilə etdiyi təzyiqlərə dərhal son verməli olduğunu da vurğulayıb. /Eastnews/