QR CodeQR Code

Makron: "ABŞ-dan asılılığa son verilməlidir"

إسلام تايمز , 30 Sep 2021 02:24

İslamTimes: Makron: Avropa sadəlövhlükdən əl çəkməli və müdafiə sahəsində ABŞ-dan asılılığa son verməlidir


Fransa prezidenti Emanuel Makron Avropanın qitəni müdafiə etmək üçün sadəlövhlükdən imtina etməli və hərbi bacarıqlarını artırmalı olduğunu söyləyib.

Reuters-in məlumatına görə, Makron bu sözləri çərşənbə axşamı Yunanıstanın 3 milyard avro dəyərində Fransa qırıcı təyyarələri alma razılaşmasından sonra deyib.

Fransa son həftələrdə ABŞ, Avstraliya və İngiltərə arasında nüvə sualtı qayıqları satışına dair üçtərəfli təhlükəsizlik müqaviləsinin imzalanmasından sonra bu üç ölkə ilə görünməmiş bir diplomatik böhran yaşayıb. ABŞ-ın bu addımı Fransa ilə Avstraliya arasında böyük bir müqavilənin ləğv edilməsinə səbəb olub. 


Story Code: 956419

News Link :
https://www.islamtimes.org/az/news/956419/makron-abş-dan-asılılığa-son-verilməlidir

Islam Times
  https://www.islamtimes.org